Gürcüstanda Avropa İttifaqının səfiri vəzifəsində Yanoş Hermanı Karl Hartsel əvəz edəcək
Gürcüstanda Avropa İttifaqının səfiri vəzifəsində Yanoş Hermanı Karl Hartsel əvəz edəcək

Gürcüstanda Avropa İttifaqının səfiri vəzifəsində Yanoş Hermanı Avropa Şurasının prezidenti Donald Tuskun əsas müşaviri Karl Hartsel əvəz edəcək.

Bu barədə məlumatı Birinci Kanala Avropa İttifaqının Gürcüstandaki nümayəndəliyinin mətbuat xidməti verdi.

İsveçli diplomat Donald Tuskun kabinetində Rusiya, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna məsələləri üzrə baş müşavili işləyirdi.

Onun fəaliyyət sahəsinə Mərkəzi Asya və Avropa İttifaqının qeyri-üzv Avropa ölkələrinin və həmçinin şərq partnyorluğu ölkələrinin tematikası daxildir.

Karl Hartsel Gürcüstana sentyabrın əvvəlində gələcək. Yanoş Herman isə, avqust ayında uğurlanacaq.

Yanoş Herman ümumiyyətlə diplomat fəaliyyətini başa çatdırır.