Ukraynanın baş naziri Volodimir Groysman noyabrın 27-28-də Gürcüstana rəsmi səfər edəcək.
Hökumət administrasiyasının məlumatına görə, Gürcüstana hökuməti administrasiyasında, Ukraynalı həmkarına Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ev sahibliyi edəcək. Bundan sonra iki ölkə hökuməti nümayəndələrinin iştirakı ilə, genişləndirilmiş formatda görüş keçiriləcək.
Gürcüstan və Ukraynanın baş nazirləri mətbuat üçün bəyanatlar verəcəklər.
Ukrayna baş naziri Gürcüstanın baş naziri ilə birlikdə Tbilisi İpək Yolu Forumunun açılışı mərasimində nitqlə çıxış edəcək