Gürcüstan vətəndaşları cari ilin may ayında İslandiyada sığınacaq tələb etməyiblər
Gürcüstan vətəndaşları cari ilin may ayında İslandiyada sığınacaq tələb etməyiblər. Bu vizaliberallaşdırmadan sonra ilk hadisədir.
Sığınacaq ərizələrinin zirvəsi 2017-ci ilin yayında qeydə alındı. Bundan sonra İslandiya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etdi. Nəticədə İmmiqrasiya Xidməti ərizələri sürətləndirilmiş qaydada müzakirə edir. Müraciətlərin demək olar 100 faizi mənfidir.
2017-ci ildə sığınacaq axtatranların statistikası bu cürdür: yanvar – 1, fevral – 3, mart – 6, aprel – 6, may – 6, iyun – 40, iyul – 64, avqust – 89, sentyabr – 39, oktyabr – 18, noyabr – 14, dekabr – 3.
2018-ci ilin statistikası: yanvar – 6, fevral – 3, martın 1, aprel – 2, may – 0.
2017-ci ilin sığınacaq axtatranların statistikasında Gürcüstan birinci yerdə idi (289 müraciət), 2018-ci ilin göstəriciləri ilə isə, 6-cı yerdədir (12 müraciət).