Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq memorandumu imzalanıb
Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq memorandumu imzalanıb

 
Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq memorandumu imzalanıb- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında açıqlayıb.

İrakli Ğaribaşvilinin dediyi kimi, Gürcüstan və Ermənistan hər zaman strateji dost və tərəfdaş olublar və bu reallıq bu gün rəsmiləşdirilib.

“Son aylarda üzərində işlədiyimiz bugünkü qərarı xüsusilə ayırmaq istəyirəm. Hələ keçən ilin yayında biz strateji əməkdaşlıq haqqında memorandum imzalayacağımızı elan etmişdik. Həmçinin, onu da qeyd etmək istərdim ki, biz ənənəvi olaraq tarixən olduqca güclü müttəfiqik, dostuq, təkcə qonşu deyilik. Bizim bütün istiqamətlərdə olduqca güclü tərəfdaşlığımız, münasibətlərimiz, əməkdaşlığımız var və de-fakto olaraq, demək olar ki, biz onsuz da strateji dost, strateji tərəfdaş idik. Bu gün demək olar ki, bu reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”- Ğaribaşvili açıqlayıb.