Gürcüstan və Avstriya fövqəladə hallar zamanı birgə yardım və əməkdaşlıq razılaşmasını qoyacaqlar (Video)
Gürcüstan və Avstriya yaxın gələcəkdə fövqəladə hallar zamanı birgə yardım və əməkdaşlıq haqqında razılaşma imzalayacaqlar.
Fövqəladə Hallar İdarəsinin Xidmətinin məlumatına görə, bu barədə qərar Avstriyada, Fövqəladə Hallar Xidmətinin rəhbəri Giorgi Mğebrişvili və Avstriyanın Daxili İşlər Federal Nazirliyinin, xarici polis, dövlət krisizləri idarəsi və vətəndaş qorumasının rəhbəri Yohan Bezdeka ilə görüş zamanı verildi.
Giorgi Mğebrişvilinin dediyinə görə, yaxın gələcəkdə Fövqəladə Hallar Xidməti donorlar konfransını keçirəcək, hansında, gələcək planlarına və ehtiyaclarına diqqət yetirəcək.
“Deyə bilərik ki, xidmətin qurulmasını boş kazızdan başladıq və buna görə də xarici partnyorlarımızla əməkdaşlıq çox vacibdir. Xidmətimizin gələcəyini necə gördüyümüz haqqında analizin keçirilib hazırlanmasında da bizə, Avstriyalı mütəxəssislər yardım etdilər” – dedi Giorgi Mğebrişvili.
“Gürcüstanlı həmkarlarımızla birgə razılaşmanın qoyulacağı üçün sevinirəm. Sizin xidmətinizin güclü olması bizə, kiçik bir ölkənin böyük risklərlə və çağırışlarla necə baş gəldiyini göstərməlidir” – dedi Yohan Bezdeka.
Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri Giorgi Mğebrişvili Avstriyaya səfər çərçivəsində, yanğın texnikasını istehsal edən şirkətin rəhbərləri ilə görüş keçirəcək.