Gürcüstan üçün ən iri ixracatçı ölkə Rusiyadır, idxalçı isə, Türkiyədir
Gürcüstandan 2019-cu ilin yanvar-oktyabrında ən çox ixrtacat Rusiyaya həyata keçirildi.
Sakstatın ilkin məlumatına görə, ən iri ixracatçı üçlük Rusiya (409.8 mln ABŞ dolları), Azərbaycan (400.4 mln ABŞ dolları) və Ermənistandır (310.4 mln ABŞ dolları).
2019-cu ilin yanvar-oktyabrında on ən iri idxal partnyoru ölkələrinin payı Gürcüstanın bütün idxalda 65.5 faizi təşkil etdi.
Birinci üçlüyə Türkiyə (1 300.3 mln ABŞ dolları), Rusiya (774.2 mln ABŞ dolları) və Çin (721.2 mln ABŞ dolları) daxildir.