Gürcüstan səfirliyi Yaponiyada olan Gürcüstan vətəndaşlarını gözlənilən tayfun ilə bağlı xəbərdar edir
Gürcüstan səfirliyi Yaponiyada olan Gürcüstan vətəndaşlarını gözlənilən tayfun ilə bağlı xəbərdar edir və təhlükəsizlik normalarını qorumağa çağırır.
“Yaponiyanın meteoroloji agentliyinin məlumatına görə, Honşu adasına güclü tayfun yaxınlaşır.
Yaponiyada olan vətəndaşlarımızdan xahiş edirik, oktyabrın 12-13 evdən çıxmamağa çalışın və gərəkdiyi halda qaynar xəttə zəng vurun: +81 70 3180 5601”, – deyilir səfirliyin bəyanatında.
Yayılan məlumata görə, Yaponiyaya ən güclü tayfun “Hagibis” yaxınlaşır.
Təbii fəlakət Tokio şəhəri və onun ətraf ərazilərinə şənbə günü çatacaq.
Sinoptiklərin proqnozuna görə, saniyədə 50-dən 70 metr surətindəki “Hagibis” öz miqyası ilə şəhəri dağıda bilər.