Gürcüstan prezidenti, İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşəcək
Gürcüstan prezidenti Giorgi marqvelaşvili İctimai Yayımçının təklifi ilə razılaşdı. Prezident hazırdır ki, ikinci dinləmə ilə artıq parlamentdə təsdiq olunmuş, “Yayımlar haqqında” qanun layihəni İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə birlikdə müzakirə etsin.
İctimai Yayımçı Gürcüstan prezidenti, Giorgi Marqvelaşvili ilə görüşmək təşəbbüsünü, prezident bazar ertəsi günü mətbuat, qeyri-hökumət bölməsi nümayəndələri və məsələ ilə maraqlanan tərəflərlə görüş arzusunda olduğunu bildirdikdən sonra, irəli sürdü.
Prezidentin parlament katibininin bəyanatından sonra, İctimai Yayımçının İcraçı Şurası bəyanat yaydı.
“Bu cür görüşdən sonra, əgər cənab prezidentin yenə sualları qalarsa, biz hazır olacağıq ki, görüşün başqa formatı haqqında söhbət edək”, – İctimai Yayımçının İcraçı Şurasının bəyanatında deyilir.
“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.