Gürcüstan Patriarxlığında bəyan edirlər ki, David Qareci kompleksinə daxil olan "Udabno" və "Çiçxituri" monastrı məsələsi yenə də həll olunmayıb
David Qareci kompleksinə daxil olan “Udabno” və “Çiçxituri” monastrı məsələsi yenə də həll olunmayıb, – bu barədə Gürcüstan Patriarxlığı tərəfindən yayılan bəyantda deyilir.
Bəyanatda deyildiyi kimi, Patriarxlıq mövcud olan problemin hüquqi çərçivəyə keçməsini və 2019-cu il 15 iyula qədər mövcud olan status-kvonun bərpasını səbirsizliklə gözləyir.
“Ürək ağrısı ilə qeyd etmək istəyirik ki, David Qareci kompleksinə daxil olan “Udabno” və “Çiçxituri” monastrı məsələsi yenə də həll olunmaz olaraq qalır.
Təbiidir ki, yaranmış durumdan hamı çıxış yolunu axtarır. Patriarxlıq mövcud olan problemin hüquqi çərçivəyə keçməsini və 2019-cu il 15 iyula qədər olan status-kvonun bərpasını səbirsizliklə gözləyir.
Ümid edirik ki, millətlərimiz arasında formalaşmış yaxşı qonşuluq ənənəsi öz müsbət nəticələrini biruzə verəcək və sülhün alternativi yoxdur”, – Gürcüstan Patriarxlığı tərəfindən yayılan bəyantda deyilir.