Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Qırğızıstan Respublikasına yola düşüb
Qırğızıstan Respublikası parlamentinin sədrinin dəvəti ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Qırğızıstana yola düşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Bişkek şəhərində Qırğızıstanın qanunverici və icra hakimiyyətlərinin nümayəndələri ilə yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.
Şalva Papuaşvilinin rəhbərlik etdiyi Gürcüstan parlament nümayəndə heyətinin tərkibinə parlament sədrinin müavini İlia İnciya, parlamentin Prosessual Məsələlər Komitəsinin sədri və Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Davit Matikaşvili, parlamentin Kənd Təsərrüfatı Komitəsinin sədr müavini Davit Şerazadişvili, həmçinin parlament üzvü və Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Giorgi Çkoniya daxildir.