Gürcüstan Xarici İşlər Nazirliyi - Rusiya "Açıq səma" müqaviləsini Gürcüstanın işğal olunmuş bölgələrinin etirafı məqsədi ilə alət kimi istifadə edir
Rusiya “Açıq səma” müqaviləsini Gürcüstanın işğal olunmuş bölgələrinin etirafı məqsədi ilə alət kimi istifadə edir, – bu barədə gürcüstan nümayəndə heyəti “Açıq səma” müqaviləsi çərçivəsində 2019-cu il müşahidəçilər komissiyasının görüşündə bəyan etdi.
“Açıq səma” müqaviləsi çərçivəsində məsləhətləşmə kommisiyasının görüşü, Vyanada oktyabrın 22-də keçirildi.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, “Açıq səma” müqaviləsi silahlanmanın önəmli komponentini və üzv ölkələri ərazisində müşahidə uçuşlarının həyata keçirilməsinə imkanların yaradılması ilə hərbi istiqamət üzrə şəffaflığı təşkil edir.
Qeyd olunan müqavilə qüvvəyə 2002-ci ildə mindi və onun üzvü 34 ölkədir.
Rusiya Xarici İşlər Nazirliyi “Açıq səma” müqaviləsi məsləhətləşmə komissiyası tərəfindən 2019-ciu il müşahidəçi uçuşları kvotlarının bölüşdürülməsi ilə bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunubdur ki, Rusiya bu qərarı dəstəkləyir.