Sinoptiklər ölkə miqyası ilə bu gün havaların pisləşməsini güman edirlər. Onların dediyinə görə, 13 yanvarda hava temperaturu bütün Gürcüstan miqyası ilə aşağı düşəcək.
Ətraf Mühitin Milli Agentliyinin sinoptiki, Nona Elisaşvilinin məlumatına görə, aranda temperatur 4-9 dərəcə, dağda 0.5 isti, yüksək dağlıqda isə, 0.5 şaxta olacaq.
Mütəxəssislərin bəyan etdiyinə görə, mövcud olan sinoptik durumun dənizdə 2-3 ballıq fırtınanın əmələ gətirməsi mümkündür.
“Paytaxta gəldikdə, burada əsasən yağışsız havanı gözləyirik. Gün ərzində hava temperaturu səkkiz dərəcəyə çatacaq”, – Nona Elisaşvili bəyan edir.
Elə onun məlumatına görə, 14 yanvardan bütün Gürcüstanda havalar düzələcək və yağışsız hava gözlənilir. Gecə şaxta nisbətən güclənəcək, gündüz isə, hava temperaturu bir neçə dərəcə ilə artacaq.