Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Bakıda dördtərəfli görüş keçirəcəklər
Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Bakıda dördtərəfli görüş keçirəcəklər

Gürcüstan Xarici İşlər naziri Mixeil Canelidze Bakıdadır. Burada Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçiriləcəkdir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni format bölgə əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur və iqtisadi əməkdaşlığın istiqmətlərini – nəqliyyatı, energetikanı əhatə edir.

Görüşdən sonra dörd ölkənin Xarici İşlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Gürcüstan Xarici İşlər naziri həmçinin azərbaycanlı, türk və iranlı həmkarları ilə təkbətək görüş keçirəcək.