Gürcü və amerikalı tədqiqatçılar qrupu yeraltı strukturlarının partlayışının nəticələrindən qoruyan sistem yaratdılar (Video)
Gürcüstanın Qriqol Tsulukidze adına Dağ sahəsi instutunun tədqiqatçıları, Florida Universitetinin alimləri ilə bərabər yaratdıqları, yeraltı strukturlarının partlayışı nəticəsində verilən təsirdən qorunma sistemini təqdim edtilər.
Bu barədə məlumat NATO proqramının rəsmi “Tvitter” səhifəsində yayıldı.
Sistem NATO-nun “Sülh və Təhlükəsizlik üçün elm” adlı layihə çərçivəsində hazırlandı.
Qeyd olunan sistem qapalı məkanda baş verən partlayışlar nəticəsində verilən zərəri azaldacaq.
Youtube-da NATO-nun rəsmi səhifəsində gürcü və amerikalı tədqiqatçılar qrupu tərəfindən hazırlanan sistemin çalışmasını göstərən video-çarx da yayılıb.