Gürcü-Polşa arxeoloji missiyası Kutaisidə Arqonavtların dövrünə aid Kolx eksponatlarını aşkarlayıb
Gürcü-Polşa arxeoloji missiyası Kutaisidə Arqonavtların dövrünə aid Kolx eksponatlarını aşkarlayıb

 

Kutaisidəki arxeoloji tədqiqatlar və qədim Kolx mədəniyyəti istiqamətində edilən kəşflər təkcə Kutaisidə deyil, həm də dünya tarixində çox şeyi dəyişəcək, – bu barədə Kutaisidə aşkarlanmış eksponatları Gürcüstan prezidentinə təqdim edən Gürcüstan-Polşa daimi arxeoloji tədqiqat qrupunun alimləri danışıblar. Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda da qeyd olunduğu üzrə, artıq bir neçə ildir Gürcüstan prezidentinin himayəsi altında gürcü və polşalı mütəxəssislər Kutaisidə arxeoloji missiyada elmi fəaliyyət göstərirlər.

“Arqonavtlar dövrünə aid Kolx materialı: qablar, məşhur Kolx baltalarının tökülməsi üçün istifadə olunan material, antik dünyadan gətirilən əşyalar, dırnaq arası ekoloji artefaktlar, Yunan sivilizasiyası ilə Cənubi Qafqaz arasında ticarət sisteminin mövcudluğundan xəbər verən yunan əşyaları- bu, Kutaisi Mərkəzi Parkında və onun ətrafında aparılan qazıntılar zamanı aşkar edilmiş eksponatların natamam siyahısıdır. Aşkarlanmış qədim əşyalar 14-13-12-ci əsrlərə aid edilir, müvafiq olaraq Arqonavların dövrünə məxsusdur” – deyə Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.

Prezidentin himayəsi altında çalışan Arxeoloji Missiya Kutaisidə mədəni irs obyekti olan və Polşa tərəfinin maliyyə dəstəyi ilə reabilitasiya olunmuş Stefan Krukovski adına Polşa-Gürcüstan Fənlərarası Tədqiqat Mərkəzində fəaliyyət göstərir.

Gürcüstanın Mədəni İrsin Müdafiəsi Agentliyinin Kutaisi Muzey-Qoruğunun direktoru Ronald İsakadze prezidenti mərkəzdə qəbul edib. O, prezidentə, dövlətin İmeretidəki nümayəndəsi Zviad Şalamberidzeyə və Kutaisi şəhərinin meri İoseb Xaxaleişviliyə aparılan arxeoloji qazıntılar barədə məlumat verib.