“Gürcüstanda İstehsal Et” Agentliyinin dəstəyi ilə, “Eshvi Kids” şirkəti tərəfindən istehsal olunan uşaq paltarı Yaponiyaya eksporta çıxarıldı. Məlumatı Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Elə onların məlumatına görə, “Eshvi Kids” şirkəti “Roherman” şirkəti ilə “Pitti Bimbo” beynəlxalq sərgidə biznes əlaqələrini yaratdı. Qeyd olunan mağaza yalnız Yaponiyada deyil, ABŞ miqyası ilə də tanınmışdır.
“Pitti Bimbo” sərgisi 2019-cu ildə, iyun ayında Florensiya şəhərində keçirildi.
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, “Gürcüstanda İstehsal Et” Agentliyi bənzər tədbirləri permanent olaraq təşkil edir.