"Gürcü Arzusunun" seçki siyahısının birinci nömrəsi Giorgi Qaxariya olacaq
“Gürcü Arzusunun” seçki siyahısının birinci nömrəsi Gürcüstanın baş naziri, Giorgi Qaxariya olacaq. Bu barədə seçki siyahısının ilk iyirimiliyinin təqdimatı zamanı bəlli oldu.
Təqdimatda “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili və dəvət olunan qonaqlar iştirak edirdilər.
Gürcüstanda Parlament seçkiləri 2020-ci il 31 oktyabrda keçiriləcək.