“Gürcü Arzusunun” seçki siyahısının birinci nömrəsi Giorgi Qaxariya olacaq

20:45, 10.09.2020

“Gürcü Arzusunun” seçki siyahısının birinci nömrəsi Gürcüstanın baş naziri, Giorgi Qaxariya olacaq. Bu barədə seçki siyahısının ilk iyirimiliyinin təqdimatı zamanı bəlli oldu.

Təqdimatda “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili və dəvət olunan qonaqlar iştirak edirdilər.

Gürcüstanda Parlament seçkiləri 2020-ci il 31 oktyabrda keçiriləcək.

Oxşar