“Gürcü Arzusunun” prezident seçkilərində hansı formada iştirak edəcəyi ilə bağlı iqtidar dəstəsində fikir ayrılığı var
“Gürcü Arzusunun” prezident seçkilərində hansı formada iştirak edəcəyi ilə bağlı iqtidar dəstəsində fikir ayrılığı var

“Gürcü Arzusunun” prezident seçkilərində hansı formada iştirak edəcəyi məsələsi ilə bağlı iqtidar dəstəsində hələdə fikir ayrılığı var.

Dimitri Xundadzenin məlumatına görə, əksəriyyətin bir hissəsi müstəqil prezident namizədin dəstəklənməsinə qarşı çıxır və tələb edir ki, “Gürcü Arzusunun” öz namizədi olsun.

Əks təqdirdə, yaranan vəziyyət seçiciləri səhvə salacaq və müxalifət partiyalarının namizədlərinin qalib olma şanslarını artıracaq.

Xundadzenin bəyanatına cavab olaraq, iqtidar dəstəsinin bir digər hissəsi bəyan etdi ki, “Gürcü Arzusunun” öz namizədi olmayacaq.