Dimitri Xundadze - təsadüfi vaksin ölkəyə daxil olmayacaq
Dimitri Xundadze - təsadüfi vaksin ölkəyə daxil olmayacaq

Təsadüfi vaksin ölkəyə daxil olmayacaq, – Səhiyyə və Sosial Müdafiə məsələləri üzrə Komitənin sədri, Dimitri Xundadze koronavirusa qarşı vaksin ilə bağlı bəyan etdi.

Bununla yanaşı, elə onun məlumatına görə, vaksin ilk mərhələdə tibb personalına ediləcək.

“Bütün istiqamətlər üzrə işləyirik. Əsas bir dəyişməz şərtdir ki, bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya edilmiş və ya müvafiq prekvalifikasiya olunmuş vaksin olmalıdır. Təsadüfi vaksin ölkəyə daxil olmayacaq. Biz öz əhalimizə əlavə risklər təqdim etməyəcəyik. Nə də təklif edə bilmərik və buna heç cür arzumuz yoxdur.

Düşünürəm tamamilə düzgündür ki, vaksin ilk mərhələdə tibb personalına ediləcək. Çünki onlar ön xətti təşkil edirlər, onlar başqasının sağlamlığı üzrə məsuliyyət daşıyırlar. Buna görə, düşünürəm onların sağlamlığı prioritetdir və vacibdir də ki, başqasının sağlamlığı müdafiə olunmuş olsun. Buna görə, başqa ölkələrdə olduğu kimi, birinci tibb işçilərinə və sonra hədəf qruplarına vaksinasiya ediləcək. Halbuki, sözsüz ki, getdikcə vaksinasiya əhalinin böyük hissəsini əhatə edəcək”, – Xundadze bəyan etdi.