Dimitri Xundadze - İrakli Ğaribaşvili partiyaya qayıtsa, bu ciddi iş olacaq
Dimitri Xundadze - İrakli Ğaribaşvili partiyaya qayıtsa, bu ciddi iş olacaq

İrakli Ğaribaşvili partiyaya qayıtsa, bu ciddi iş olacaq, – bu barədə Parlament çoxluğunun nümayəndəsi, Dimitri Xundadze keçmiş baş nazirin, İrakli Ğaribaşvilinin partiyaya mümkün geri dönməsi barəsində yayılan məlumatı şərh edərkən bəyan etdi.

“İrakli Ğaribaşvili bizim dostumuzdur, 2011-2012-ci illərdə birlikdə mübarizə aparırdıq. Düşünürəm, İraklinin geri dönməsi, əgər bu baş versə, çox pozitiv olacaq. Ğaribaşvilinin geri dönməsi partiyanın işini gücləndirəcək.

Ciddi gözləntilərim var və bu cür qərarı məmnuniyyətlə qəbul edərdim”, – Dimitri Xundadze bəyan etdi.