"Gürcü Arzusu" son zamanlarda "Vahid Milli Hərəkat" tərəfindən planlaşdırılan provokasiya hərəkətləri vəziyyətin gərginləşməsini məqsədləyir
Son zamanlarda “Vahid Milli Hərəkat” tərəfindən planlaşdırılan provokasiya hərəkətləri vəziyyətin gərginləşməsini məqsədləyir, – bu barədə “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası tərəfindən yayılan bəyantda deyilir.
Bu bəyanatla partiya Ozurgetidə baş verən insindentə səslənir.
Partiya tərəfindən yayılan bəyanatda qeyd olunur ki, açıq şəkildə məqsədyönlü təhdid və təhqir faktları mövcuddur və onlar haqqında mütləq hüquqmühafizə orqanlarına bildiriləcək.
“Görünür ki, “Vahid Milli Hərəkat” partiyası siyasi proseslərdə iştirak etmənin tək yolu olaraq, destruktiv metodları seçir. Dünən Ozurgetidə baş verən insindentin də bu metodlardan biri olduğunu düşünürük.
Elə burdaca, qeyd etmək istəyirik ki, “Gürcü Arzusu” fiziki qarşıdurmadan və hər cür zorakılıqdan baş qaçırdmağa çalışır.
Hər kəs bilməlidir ki, hökümət vəziyyətin sünii şəkildə eskalyasiyasına imkan verməyəcək və fiziki təhqirə qarşı qanuni tədbirlər həyata keçirəcək” – deyilir bəyanatda.
Ozurgeti Sakrebulosunda insindent dünən baş verdi.
“Gürcü Arzusu”-nun deputatı “Milli Hərəkat”-ın deputatını dövməklə ittiham edilir.