"Gürcü Arzusu" baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilini adlandırdı
“Gürcü Arzusu” baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilini adlandırdı. Bu barədə qərarı partiyanın siyasi şurasının bugünki iclasında qəbul etdilər.
Partiyanın sədri, İrakli Kobaxidzenin brifinqdə bəyan etdiyinə görə, baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilinin adlandırılması barəsində qərarı siyasi şura yekdilliklə qəbul etdi.
“Bu gün partiyanın siyasi şurasının iclası keçirildi. Burada baş nazirliyə namizədin adlandırılması qərarı qəbul edildi. Mənim, partiyanın sədriki kimi təqdimatın əsasında, baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilini adlandırılması barəsində qərarı siyasi şura yekdilliklə qərar qəbul etdi. Hamınız yaxşı bilirsiniz ki, İrakli Ğaribavili “Gürcü Arzusunun” təsisçisi və liderlərindən biridir. O, Daxili İşlər naziri olmuşdur, sonra baş nazi idi. İnsi isə o, Müdafiə naziri vəzifəsini tuturdu. Onun nazirlik və baş nazirlik dövründə bir çox çox əhəmiyyətli islahatlar həyata keçirildi. O, fərqlənən təcrübəsi olan peşəkardır. Cənab İrakliyə baş nazir vəzifəsində uğurlar arzulamaq istəyirəm. Hökumətin yeni tərkibi qanunla nəzərdə tutulmuş ən qəsa müddətdə təsdiq olunacaq”, – İrakli Kobaxidze bəyan etdi.
Gürcüstanın baş naziri, Giorgi Qaxariya istefa verdi. Bu barədə Giorgi Qaxariya hökumətin administrasiyasında keçirilən fövqəladə brifinqdə bəyan etdi.
İrakli Ğaribaşvili Gürcüstanın baş naziri vəzifəsini 2013-cü ililin 20 noyabrından 2015-ci ilin 24 dekabrına qədər tuturdu.