Güclü dumana görə Tbilisi Beynəlxal Aeroportunda 10 reys ləğv olundu
Güclü dumana görə Tbilisi Beynəlxal Aeroportunda 10 reys ləğv olundu

Güclü dumana görə Tbilisi Beynəlxalq Aeroportunda 10 reys ləğv olundu, 5 isə təxirə salındı.

Bu barədə Birinci Kanala aeroportun mətbuat xidmətindən bildirdilər.

“İki reys Tehrandan, beş reys İstanbuldan, bir reys Münhendən, bir reys Bakıdan və bir reys Dubaydan ləğv olundu. Təxirə salınmış reyslərə gəldikdə isə, gün ərzində gün ərzində Tel-Avivdən, Moskvadan və Qatardan uçuşlar həyata keçiriləcək. Çin və Kiyevdən təxirə salınan reyslərə isə qeydiyyatdan keçmə başlayıb”, – aeroportda bəyan edirlər.