İlk gürcü universiteti 100 illik yubileyini qeyd edir. Əsrlik tarixi ərzində unuversitet nəsillər böyütdü və gürcü təhsili siteminin inkişafına böyük tövhəsini verdi. Ənənə bu gün də pozulmayıb. Tbilisi Dövlət Universiteti yenə də hadisələrin episentrindədir. Təhsil sisteminin islahatları barəsində söhbət məhz elə bu yerdən başlayır və yaranmasından bir əsr sonra, yenə də ölkənin ən böyün maarifləndirmə müəssisəsi kimi qalır.
Birinciliyini qoryub saxlayırmı, hansı problemlər qarşısındadır – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, Giorgi Şervaşidze Birinci Kanal ilə universitetin inkişafı baxışları və gələcək planları barəsində söhbət etdi.
“Tbilisi Dövlət Universiteti Qafqazda yalnız ik universitet deyil, həmçinin ilk milli universitet idi. O, təhsilin gürcü dilində verməsinə başladı. Bu bütün postrus imperiyasında ilk hadisə idi. Lakin inkişaf etmiş institusiyalarımız yox idi. Təsisçi atalarımız ilk növbədə etdikləri, terminigoyanın yaradılması idi. Bu barədə düşüncə 1907-ci ildə başladı. O zamankı bütün hərəkat, Gürcüstanda milli təhsilinin formalaşmasına yönəldilmişdi. İvane Cavaxişvilinin nadir rolu olmasa, ilk başdan universitetin yaradılması barəsində düşünən olmayacaqdı. Ona bir çoxu qarşı çıxırdı. Onlar arasında Niko Mari də var idi. O, təhsilin rus dilində olmasını tələb edirdi, lakin İvane Cavaxişvili xətti qalib gəldi.
Bununla yanaşı, universitetin ikinci funksiyası, onun ictimai olması idi. Düzdür, hüquqi olaraq özəl kimi yaradılmışdı, lakin əslində ictimai idi. Əsas bina da ictimaiyyətin ianələi ilə tikilibdir. Tbilisi Dövlət Universiteti ictimaiyyətin birləşdiricisi idi. Önəmlidir ki, ilk tələbə bileti qadına məxsus idi.
Universitetin yubileyinin qeyd olunması keçən ilin dekabrın 15-də başladı. Bu gün bir neçə məktub qəbul etdik, o cümlədən Otar Caparidzedən. O, universitetin 100 illik yubileyi ilə əlaqədar öz kitabxanasını TDU-ya hədiyyə olaraq verir. Bu çox pozitiv əlamətdir. O, 96 yaşındadır və bütün ömrü boyu universitetlə bağlı olub.
Bizim mövqemiz bu cürdür – nə qədər çox rəqib olsa, bir o qədər yaxşıdır. İfrastrukturla başlamış, idarə və maliyyəyə qədər, dövlət ali məktəblərində bir sıra problemlər var. O cümlədən TDU-da da. Bir söz demək istəyirəm, ona görə yox ki, rektoram – TDU-nun rəqibi yoxdur, nöqtə!”, – Giya Şervaşidze bəyan etdi.