Givi Çiçinadze Gigi Uqulavaya cavab verir - mənim bir çox plakatım cırılıb, əsas baner deyil, seçicinin səsidir
“Gürcü Arzusunun” majoritar namizədi Givi Çiçinadzenin dəyərləndirməsinə görə, Vani və Xonidə parlamentin aralıq seçkiləri sakit mühitdə keçirilir.
Bu barədə bəyanatı o Birinci Kanalın jurnalistinə verdi.
“Seçki məntəqələrinin hər birində sakitçilikdir. Öz qələbəmi gözləyirəm” – dedi Çiçinadze.
Givi Çiçinadze “Avropa Gürcüstanı”-nın majoritar namizədi Gigi Uqulavanın banerinin cırılması faktına da səsləndi.
“Mənim də plakatlarım dəfələrlə cırılıb, ancaq hər gün çıxıb bu haqda danışmırdım. Əsas baner deyil, seçicinin səsidir” – dedi Çiçinadze.
Vanidə Gigi Uqulavanın seçki banerinə zərər verilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyi istintaq aparır.
Gigi Uqulavanın seçki banerində namizədin başı kəsilib-çıxardılıb.
Hadisə haqqında polisə bugün səhər bildirildi.
“Avropa Gürcüstanı”-nın namizədi Gigi Uqulavanın zərər verilən banerinin yanında kriminalistlər işləyirlər.