Giorgi Qaxariya Macarıstan Xarici İşlər və Ticarət naziri ilə görüşdü
Giorgi Qaxariya Macarıstan Xarici İşlər və Ticarət naziri ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siarto ilə görüşdü.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, pandemiyanın başlamasından sonra Gürcüstana həyata keçirilən ilk yüksək səviyyəli görüş Gürcüstan və Macarıstanın partnyorluq əlaqələrinin nə qədər sıx olmasının siqnalıdır.

“Görüş zamanı Gürcüstanın baş naziri və Macarıstan Xarici İşlər və Ticarət naziri ikitərəfli əməkdaşlıq məsələlərini, gələcək perspektivlərini müzakirə etdilər. Ölkənin Avropa və Avro-atlantik strukturlarına inteqrasiyanın gündəminə xüsusi diqqət yetirildi.

Piter Siarto Gürcüstan hökuməti tərəfindən həyata keçirilmiş uğurlu islahatlara yüksək qiymətləndirmə verdi və qeyd etdi ki, ölkə Şərq Partnyorluğu, eləcə də NATO ilə əqalələr baxımından liderdir”, – məlumatda qeyd olunub.

Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan Xarici İşlrə naziri, David Zalkaliani, hökumət administrasiyasının rəhbəri, Natiya Mezvrişvili və baş nazirin beynəlxalq əlaqələr məsələləri üzrə məsləhətçisi, İrakli Çikovani iştirak edirdilər.