Giorgi Marqvelaşvili - Brüsseldə faktiki fəaliyyət planını aldıq, gələcəyə doğru necə hərəkət edək
Qəbul olunmuş sənədlərin konteksti və Gürcüstanın hazırda əldə etdiyi nailiyyətlərin fonunda, Trampın bəyanatını birmənalı olaraq pozitiv dəyərləndirə bilərik, – bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Birinci Kanal ilə eksklüziv müsahibəsində bəyan etdi.
“Gürcüstanın üzv olması barəsində qərar çox kəskin qəbul olunub. Gürcüstan haradadır, hansı çağırışlar qarşısındadır, bu hər iki sual işarəsi, bir sənəddə birləşibdir. Sənəddə açıqca yazılıb ki, Rusiya təcavüzkardır, Rusiya Gürcüstandan əgərlərini çıxarmalıdır.
Biz bilirik ki, 29 üzv arasında konsesuz yoxdur ki, bu addım bu gün atılsın. Gəlin həqiqətə baxaq – biz Brüsseldə faktiki fəaliyyət planını aldıq, gələcəyə doğru necə hərəkət edək. Bu fəaliyyət planını prinsipal mövzulara aiddir. NATO-nun bütün üzv ölkələri imza atır ki, Rusiya təcavüzkardır, Gürcüstan NATO-nün üzvü olmalıdır”, – Gürcüstan prezidenti qeyd edir.