Giorgi Kvirikaşvili - Ümid edirəm ki, 2021-ci ildə, Sovet Okupasiyasının 100-cü ildönümünü, Gürcüstan artıq NATO-nun həqiqi üzvü statusu ilə qarşılayacaq
“Böyük umudlarımız var ki, 2021-ci ildə, Sovet Okupasiyasının 100-cü ildönümünü, Gürcüstan artıq NATO-nun həqiqi üzvü olaraq, qarşılayacaq! – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Firəvanlıq üçün əməkdaşlıq – gələcək 100 ilin strategiyası” adlı konfransda verdi.
Baş nazir qeyd etdi ki, Gürcüstan hər gün onun üçün işləyir ki, Avropa ailəsinin tam hüquqlu və həqiqi üzvü olsun.
Kvirikaşvilinin dediyinə görə, Gürcüstan gələcəkdə də fəal şəkildə 21-ci əsrin əsas çağırışları olan terorizmə və radikalizmə qarşı mübarizə aparmağa davam edəcək.
“2018-ci ili biz qoşulma və dialoq ili elan etdik ki, əhali baş verən proseslərə daha fəal şəkildə qoşulsun və daha yaradıcı olsun.
Əhalinin məlumatlandırılması və proseslərə qoşulması, xüsusi ilə də, bütün dünyada baş alıb gedən, müasir texnologiyaların və informasya inqilabı dövründə həddindən artıq vacibdir.