Giorgi Kvirikaşvili Türkiyənin yeni səfiri ilə görüşdü
Giorgi Kvirikaşvili Türkiyənin yeni səfiri ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili tanışlıq xarakterli görüşlə Türkiyə Respublikasının Gürcüstandakı yeni səfiri Fatma Ceren Yazqana ev sahibliyi etdi.

 

Hökumət administrasiyasının məlumatına görə, söhbət zamanı iki ölkə arasında partnyorluq və ikitərəfli əlaqələrin imkişafında mövcud olan dinamika xüsusilə qeyd olundu.

Həmçinin bölgə və strateji layihələrin həyata keçirilməsində fəal əməkdaşlıq da xüsusilə qeyd edildi.

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Türkiyənin Gürcüstandakı səfirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə görə təşəkkür etdi və fəaliyyətində uğurlar arzuladı.