Giorgi Kvirikaşvili siyasət təmayüllü insanlarsız, Xorava küçəsində qətlə yetirilənlərin hər iki valideyni ilə görüşməyə hazırdır
Baş nazir, cari istintaq məsələləri barəsində söhbət üçün, sözsüz ki, siyasət təmayüllü insanların iştirakı olmadan, Xorava küçəsində qətlə yetirilənlərin hər iki valideyni ilə şəxsən görüşməyə hazırdır, – bu barədə Birinci Kanala baş nazirin mətbuat xidmətindən bəyan etdilər.
Elə onların bəyan etdiyinə görə, baş nazir Giorgi Kvirikaşvili aksiyanın birinci günü Parlament önünə getdi və konkret addımlar barəsində bəyan etdi.
“Bununla yanaşı, hökumət başçısı, Dİ naziri və hökumət administrasiyası rəhbəri ilə birlikdə, Xalq Müdafiəçisi Nino Lomcariya ilə görüşdü və iki yeniyetmənin qətli barəsində əlavə məlumat dinlədi.
Dünən isə, siyasi şura iclasının başa çatmasından sonra, baş nazir başlamış prosses barəsində təfərrüatlı söhbət etdi. Bu mərhələdə mövcud olan institusional formatların maksimal istifadəsi və onların şəffaflığının təmin edilməsi vacibdir.
Bununla yanaşı, baş nazir, cari istintaq məsələləri barəsində söhbət üçün, sözsüz ki, siyasət təmayüllü insanların iştirakı olmadan, Xorava küçəsində qətlə yetirilənlərin hər iki valideyni ilə şəxsən görüşməyə hazırdır”, – baş nazirin mətbuat xidmətindən bəyan etdilər.
Xorava küçəsində qətlə yetirilən yeniyetmənin atası, Zaza Saralidze bəyan eetdi ki, baş nazir ilə görüş planlaşdırır.