Giorgi Kvirikaşvili - Orbeliani Meydanında qədimlik və tərəqqi bir biri ilə birləşir
Giorgi Kvirikaşvili - Orbeliani Meydanında qədimlik və tərəqqi bir biri ilə birləşir

Bu gün çox yaxşı bir gündür, Orbeliani Meydanının bərpası üçün gözəl bir layihə başlayırıq, – bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Orbeliani Meydanının bərpası layihəsinin təqdimatında bildirdi.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, Orbeliani Meydanı həmişə xüsusi yer olub, Tbilisini başqa şəhərlərdən fərqləndirən yer olub.

“Orbeliani Meydanında qədimlik və tərəqqi bir biri ilə birləşir və David Narmaniyanın başladığı, “Axali Tpilisi” bu qədimliyi və yeniliyi birləşdirən ən mühüm layihədir. Qədim Ağmaşenebelinin bərpası həyata keçirildi. Bu gün Kaxi Tbilisinin imkişafının tam yeni mərhələsini başlayır və mən ona uğurlar arzulamaq istəyirəm. Bu yer mədəni irs abidələri və yaşıl məkanalarla zəngindir. Bura turistlər üçün maraqlı bir yer olacaq”, – Giorgi Kvirikaşvili bəyan etdi