Giorgi Kvirikaşvili - ölkənin suverenlik qərarları və ərazı bütövlüyü baxımından heç bir güzəşt olmayacaq
Giorgi Kvirikaşvili - ölkənin suverenlik qərarları və ərazı bütövlüyü baxımından heç bir güzəşt olmayacaq

Ölkənin suverenlik qərarları və ərazı bütövlüyü baxımından heç bir güzəşt olmayacaq, – qeyd olunan barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın sədri, baş nazir, Giorgi Kvirikaşvili Telavidə “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın şəhər konfransında bəyan etdi.

Onun dediyinə görə, ölkənin işğaldan azad edilməsi ən başlıca məqsəddir və çağırışlara baxmayaraq, praqmatik və balanslaşdırılmış siyasətlə, uzunmüddətli sabitliyə nail olunacaq.

“Ölkənin işğaldan azad edilməsi və ölkənin bütövlüyü bir nömrəli məqsəd olaraq qalır. Çağırışlara, təxribatlara və təhlükəsizlik risklərinə baxmayaraq,  əminik ki, hər birinizin fəallığı ilə, praqmatik və balanslaşdırılmış siyasətlə, uzunmüddətli sabitliyə nail olunacaq. Əminəm bu mümkündür”, – baz nazir qeyd etdi.