Giorgi Kvirikaşvili nazirlərdən xahiş etdi ki, bugünki hökümət iclasından sonra medyaya şərh versinlər
Gürcüstan hökümətinin bugünki iclasında müzakirə olunan məsələlərlə bağlı şərhləri nazirlər iclas başa çatanandan sonra verəcəklər.
Medya üçün şərhlərin verilməsini bugünki iclasda nazirlərdən baş nazir Giorgi Kvirikaşvili xahiş etdi.
Onun dediyinə görə, gündəmdə müzakirə olunacaq 17 məsələ var.
“Gündəmdə müzakirə olunacaq 17 məsələ var. Mən nazirlərdən xahiş etmək istəyirəm ki, hökümət iclasından sonra medya otağında şərh versinlər”, – dedi baş nazir iclasda.