Giorgi Kvirikaşvili - NATO ilə əməkdaşlığımız zirvədədir
Giorgi Kvirikaşvili - NATO ilə əməkdaşlığımız zirvədədir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında NATO günlərinin geniş-miqyaslı qeyd edilməsindən söz etdi.

Baş nazirin qeyd etdiyinə görə, Gürcüstanda NATO günləri aprelin 16-da başladı və mayın 1-ə qədər davam edəcək.

“Bu il NATO günləri regionlarda və ən önəmlisi, etnik azlıqların yaşadığı bölqələrdə xüsusi ilə qeyd olunur. Vətəndaşlarımız artıq NATO ilə inteqrasiyanın mənfəətlərini daha yaxşı dərk etdilər.

Ölkəmizdəki stabilliyi məhz NATO ilə əməkdaşlığa borcluyuq.

NATO ilə əməkdaşlığımız bugün ən yüksək zirvəsindədir.

Düşünürük ki, NATO günləri ölkəmizdə xüsusi ilə qeyd edilməlidir ki, əhalimiz bu əməkdaşlıq prosesinə daha yaxşı qoşulsun” – dedi Giorgi Kvirikaşvili.