Giorgi Kvirikaşvili - Narkotik istifadəçilərinə qarşı dövlət daha humanist ola bilər, ancaq realizatorlara qarşı çox sərt olmalıdır
Narkorealizatorlara qarşı dövlət çox sərt olmalıdır, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümətin bugünki iclasında verdi.
Baş nazir bu istiqamətdə həyata keçirilən səmərəli işlərə görə, Daxili İşlər Nazirinə və nazirliyin bütün dəstəsinə təşəkkür etdi.
Baş nazirin dediyinə görə, son zamanlar qeyd olunan bədbəxt hadisələri, müəyyən qüvvələr narko-qanunvericiliklə əlaqələndirilər və bu çox yanlışdır.
Baş nazir bəyan etdi ki, narkotik maddələrdən istifadə edənlərə qarşı dövlət daha humanist ola bilər, ancaq narkotiklərin realizatorlarına qarşı qanun çox sərt olmalıdır.
“Əlbəttə ki, narkotik xəstəliyinə tutulan bədbəxt insanlara qarşı dövlət humanist ola bilər, ancaq realizatorlara sərt tapşırıq veririk ki, onlara qarşı çox acımasız olacağıq” – dedi baş nazir.