Giorgi Kvirikaşvili jurnalistləri qarşıdan gələn milad-yeni il bayramını şəxsən təbrik etdi
Baş nazir Girogi Kvirikaşvili jurnalistləri qarşıdan gələn milad-yeni il bayramını şəxsən təbrik etdi. Baş nazir hökumət administrasiyasında olan mediya mərkəzinə, nazirlər kabinetinin başa çatmasından sonra şəxsən getdi və mediya nümayəndələrini qarşıdan gələn bayram münasibətilə təbrik etdi.
Kvirikaşvili jurnalistlərə gördükləri işlərinə görə minnətdarlığını bildirdi və uğurlar arzuladı.
Girogi Kvirikaşvili jurnalistlərlə qeyri formal mühitdə görüşdü və söz verdi ki, gələn ildən nazirlər kabinetinin üzvləri onlarla daha fəal əlaqədə olacaqlar.
Görüş başa çatarkən baş nazir jurnalist və operatorlarla şəkillər çəkdi.