Giorgi Kvirikaşvili İkinci Dünya Müharibəsinin veteranlarını bayram yeməyinə dəvət etdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili faşizmə qələbə günün 73 illiyini qeyd etmək üçün İkinci Dünya Müharibəsinin veteranlarını bayram yeməyinə dəvət etdi.
“Hörmətli xanımlar və cənablar, mən və mənim dostlarım üçün sizi qonaq etmək böyük şərəfdir.
Hər birinizi böyük qələbə günü ilə təbrik edirəm və qarşınızda baş əyirəm” – dedi Giorgi Kvirikaşvili.