Giorgi Kvirikaşvili - İdman aktivliklərinə qoşulanların sayını növbəti üç ildə iki qat artıracağıq
Giorgi Kvirikaşvili - İdman aktivliklərinə qoşulanların sayını növbəti üç ildə iki qat artıracağıq

Sağlam həyat qaydalarının əsasının qoyulması iqtidarımızın ən başlıca prioritetlərdən biri olacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkədə sağlam həyat tərzinin işlədilməsinin fəaliyyət planı ilə bağlı keçirilən görüşdən sonra verdi.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, bu məsələ ilə bağlı çox əhəmiyyətli görüş keçirildi, hansında şəhərin meri Kaxa Kaladze və parlamentin nümayəndələri iştirak edirdilər.

Kvirikaşvilinin dediyinə görə, bugün mövcud olan tədqiqatlar göstərir ki, Gürcüstanda idmançıların sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, idman aktivliklərinin göstəriciləri Gürcüstanda Avropa göstəricilərinin yarısı belə deyil.

“Müvafiq infrastrukturlar hazırlanacaq və bu göstəriciləri növbəti üç il ərzində iki qat artırıb, Avropa göstəricilərinə yaxınlaşdırmalıyıq. Əsas planımız budur” – dedi Giorgi Kvirikaşvili.

Onun dediyinə görə, sağlam həyat tərzinin yayılmasına məşhur insanların qoşulmaları da əhəmiyyətli olacaq.

“Bu məsələ ilə bağlı hər şənbə-bazar konkret aktivliklər keçiriləcək və bunda bizneslər də bizə yardım edəcək. Gələn həftə bu aktivliklərlə bağlı konkret plan təqdim edəcəyik” – dedi Kvirikaşvili.