Giorgi Kvirikaşvili - hakim komanda maksimal olaraq, çox yaxşı koordinasiya ilə işlədi
Daxili İşlər naziri Giorgi Qaxariyanın dünənki qərarı optimal idi, – bu barədə baş nazir Giorgi Kvirikaşvili, Milli Təhlükəsizlik Şurasının iclasından sonra, Tbilisidə inkişaf edən hadisələrlə bağlı bəyan etdi.
Onun dəyərləndirməsinə görə, hakim komanda maksimal koordinasiya ilə işlədi
“Hakim komanda maksimal olaraq, çox yaxşı koordinasiya ilə işlədi, tamamilə hamı qoşulmuşdu. Nazir Giorgi Qaxariya tərəfindən qəbul olunan qərar, bu durumda optimal qərar idi.
Bu son iki gün ərzində Kaxa Kaladze, Parlamentin sədri, mən də fəal qoşulmuşduq. Praktiki olaraq birlikdə iki gün sabahı açdıq. Nəticədə onu əldə etdik ki, qarşıdurmanı başdan rədd etdik və düzgün qərar qəbul edildi”, – Giorgi Kvirikaşvili bəyan etdi.
“Bəyaz səs-küy hərəkatının” lideri, aksiya təşkilatçısı Beka Tsikarişvili və Daxili İşlər naziri Giorgi Qaxariya arasında görüş, mayın 13-də, Parlamentin binasında keçirildi.
Görüşün başa çatmasından sonra, Giorgi Qaxariya “Bəyaz səs-küy hərəkatının” təşkil etdiyi aksiya iştirakçılarından üzr istədi və danışıqların nəticələrini tanış etdi.
Rustaveli prospektində “Bəyaz səs-küy hərəkatının” təşkil etdiyi aksiya dağıldı.
Aksiya təşkilatşıları bəyan edirlər ki, onlar danışıqlar rejiminə keçirlər və bir həftəliyinə aksiyanı dayandırırlar.
Onlar növbəti aksiyanın mayın 19-da keçiriləcəyini bəyan etdilər.