Giorgi Kvirikaşvili - Gürcüstan hava və qara ilə Avropa və Asiyayı ən qısa marşrutla birləşdirəcək
Giorgi Kvirikaşvili - Gürcüstan hava və qara ilə Avropa və Asiyayı ən qısa marşrutla birləşdirəcək

Bugünki gün – Gürcüstanda uçuş təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və hava industriyasının inkişafı üçün irəli atılan yeni bir addımdır, hansı ki, birbaşa, ölkədə aviasiyanın, turizmin və iqtisaiyyatın inkişafı ilə bağlıdır,  – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Saqaeronaviqasiya” hərəkətinin idarəsinin yeni mərkəzinin açılışında çıxış edərkən verdi.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, bugün Gürcüstanda hava naviqasiyasının 25 illik yubileyi “Saqaeronaviqasiya” binasının açılışı ilə qeyd olundu.

“Qürur hiss edirəm ki, 2014-cü ildə bu layihənin əsasını hələ iqtisadiyyat Naziri olduğum vaxtda qoymuşdum. Bu ən yeni texnologiyalarla təchiz edilmiş bir obyektdir, hansı ki, müasir standartları və tələbləri qane edir” – dedi Kvirikaşvili.

Baş nazirin bəyanatına görə, vacibdir ki, aviasiya sahəsində həyata keçirilən islahatlar, Beynəlxalq Aviasiya Təşkilatları tərəfindən xüsusi ilə müsbət dəyərləndirilir.

Onun dedyinə görə, fəxr ediləsi faktdır ki, Gürcüstan Avropada ən yaxşı turist istiqamətidir və ölkədə turistlərin rekord artımı müşahidə olunur.

Baş nazir “SaqAeroNaviqasiya”-nın rəhbəri Qoça Mezvirişviliyə, “İndra” şirkətinin baş direktoru Qonzalo Qavuna, “Siti” şirkətinin, “Daqi” inşaat şirkətinin rəhbərlərinə və hər bir əməkdaşına təşəkkür etdi.