Giorgi Kvirikaşvili Gürcüstanı seçkilərin sakit və azad mühitdə keçirilməsi ilə təbrik edir (video)

Gürcüstanın baş-naziri Giorgi Kvirikaşvili bütün Gürcüstanı seçkilərin sakit və azad mühitdə keçirilməsi ilə təbrik edir.

Kvirikaşvili bu dəqiqələrdə keçirdiyi brifinqə bəyan etdi ki, bugünki seçkilər demokratiyaya doğru atılan yenə bir önəmli addımdır.

“İlk növbədə bütün Gürcüstanı sakit və azad seçkilərin keçirilməsi ilə təbrik etmək istəyirəm. Bu demokratiya doğru atılan yenə bir önəmli addımdır. Hər bir vətəndaşa yüksək fəallığı və vətəndaş mədəniyyəti üçün təşəkkür edirəm.

Bidzina İvanişvilinin rəhbərliyi ilə, 2012-ci ildən ölkəmizdə seçkilərin keçirilmə forması dəyişirildi və xalqa seçim haqıq verildi. Gürcü Arzusunun siyasi məqsədidir ki, seçkilər ədalətli, sakit və rəqabətli mühitdə keçirilsin” – dedi Kririkaşvili.