Giorgi Kvirikaşvili - Qüds mövzusu haqqında Gürcüstan mövqeyini ölkə maraqları və təhlükələrini nəzərə alaraq ifadə edəcək
İsrailin paytaxtı olaraq Qüdsün bəyan edilməsi çox sensitiv mövzudur və bu məsələ üzrə müzakirələrimiz olacaq, Gürcüstan mövqeyini, ölkə maraqları və təhlükələrini nəzərə alaraq qeyd edəcək, – bu haqqda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasından sonra bəyan etdi.
Elə onun dediyinə görə, parlament çoxluğunun üzvünün sensitivməsələ üzrə müraciəti qəbuledilməzdir.
“Çoxluğunun üzvü tərəfindən açıq müraciət var idi. Demək istəyirəm ki, çoxluq çərçivəsində baş nazirə bu cür açıq məktubların və bəyanatların yazılması, mənim üçün qabuledilməzdir formadır. Bu üzərində müzakirə aparılası mövzudur, dövlət öz mövqeyini qeyd etməlidir. Məsələ çox sensitivlidir və bu məsələ üzrə müzakirələrimiz olacaq, Gürcüstan mövqeyini, ölkə maraqları və təhlükələrini nəzərə alaraq qeyd edəcək. Bir daha demək istəyirəm, hər bir deputata hörmət edirəm, lakin çoxluğunun üzvü tərəfindən, bu cür sensitivli məslə üzrə açıq müraciət mənim üçün qabuledilməzdir formadır”, – Giorgi Kvirikaşvili bəyan etdi.