Giorgi Kvirikaşvili - əhalini əmin etmək istəyirəm ki, qanuni oğru mentaliteti bir daha dönməyəcəkdir
Oğru aləmi üzvlüyü və qanuni oğruluq üçün cəza sərtləşdirilir. Hökumətin bu günki iclasında, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bəyan etdiyinə görə, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə qanunvericilik dəyişikliklər zərfi hazırlandı. Ona əsasən qanuni oğruya müraciət etməkdə də cəzalandırılır.
“Daxili İşlər Nazirliyində dəyişikliklər prossesi gedir. Demək istəyirəm ki, Giorgi Qaxariyanın bu prossesdə böyük dəstəyi var. Bu dəyişiklər və yeniliklər bir çox istiqamətə aiddir. Bunlar Kriminal Polisi, Patrul Polisi, sərhədin mühafizəsi, məhəllə institutlarının gücləndirilməsi, piyada patrulun gücləndirilməsi və sair.
Yekunda qeyd etmək istəyirəm ki, əhali əmin olsun ki, qanuni oğru mentaliteti gürcstana bir daha dönməyəcəkdir. Bu mümkün deyil”, – Giorgi Kvirikaşvili bəyan etdi.