Giorgi Kvirikaşvili - düşünürəm vaxtdır ki, "qara ciplər" dövrünə son qoyaq
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət administrasiyasının rəhbərinə müraciət etdi ki, vaxtdır Gürcüstanda “qara ciplər” dövrünə son qoyulsun. Baş nazirin bəyan etdiyinə görə, avto parkın dəyişdirilməsindən gedir.
“Hökümət administrasiyasının rəhbərinə müraciət etmək istəyirəm. düşünürəm vaxtdır ki, Gürcüstanda “qara ciplər” dövrünə son qoyaq. Çünki bu hamını, o cümlədən məni də qəcəqlandırır. Bu tədbiq olunmuş təcrübədir və düşünürəm söhbət avto parkın dəyişdirilməsinə aid olacaq.
Biz qara rəngə yox deməliyik, çünki düşünürəm ilk növbədə ekoloji cəhətdən təmiz nəqliyyata diqqət yetirməliyik və əvəz etməliyik. İlk növbədə nazirlər səviyyəsində. Lakin bu bütün hğkumət nümayəndəsinə aiddir. O cümlədən güc strukturlarına. Heç bir yerdə yazılmayıb ki, hüquqmühafizəçi mütləq qara ciplə hərəkət etməlidir. Buna görə nazirlərdən başlayacağıq. Bunu bir dəfəyə edə bilmərik. Buna böyük maliyyə ehtiyyatı lazım gələcək. Lakin başlamaq lazımdır.
Mühafizə rəhbəri ilə söhbət etdim, nümayəndə heyyətini qarşılayarkən, bunu etiket tələb edirsə, müstəsna etmək olar. Başqa hər bir halda bu mənim qəbuledilməzdir.
Beynəlxalq təşkilatlar ağ maşınlarla hərəkət edirlər. İnanmıram ki, təhlükəsizlik baxımından başqa rəngin fərqi olsun”, – Giorgi Kvirikaşvili bəyan etdi.