Giorgi Kvirikaşvili - Dünyanın ən iri beynəlxalq maliyyə insitusiyaları ölkədə keçirdiyimiz islahatları çox müsbət dəyərləndirirlər
Giorgi Kvirikaşvili - Dünyanın ən iri beynəlxalq maliyyə insitusiyaları ölkədə keçirdiyimiz islahatları çox müsbət dəyərləndirirlər

Dünyanın ən iri maliyyə instituları ölkədə keçirdiyimiz islahatları çox müsbət dəyərləndirlər, bu isə, deməkdir ki, iqtidarın dörd maddəli planına müsbət dəyər verilir.

İslahatlara yeni komponentlər əlavə ediləcək hansılar ki, ölkənin surətli inkişafının real nəticələrinin əldə olunmasını nəzərdə tutur – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.

Gürcüstanın baş naziri qeyd etdi ki, Maliyyə Naziri  Mamuka Baxtadzenin ABŞ-a çox əhəmiyyətli səfəri oldu, harda o, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun illik görüşündə iştirak etdi.

Həmçinin, Milli Bankın prezidentinin olduğu nümayəndə heyyəti Asiya İnkişaf və Avropa Rekonstruksiya və İnkişaf Banklarının illik görüşündə iştirak etdi.

“Məlum olduğu kimi bu banklar Gürcüstanda özəl sektorun maliyyələşdirilməsini planlaşdırırlar. Həmçinin, qeyd olunmalıdır ki, bir neçə formal görüşdən sonra, Dünya Bankı Gürcüstan üçün artırılmış kredit portfelini təqdim edəcək.

Mayın 14-16-da isə, Gürcüstanda ilk dəfə, icraçı direktorlar şurasının görüşü keçiriləcək və bu çox vacibdir” – dedi baş nazir.

Ölkə başçısı əmindir ki, ABŞ-a səfərlərin əhəmiyyətli nəticələri, artan investisiyalarda özünü biruzə verəcək.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, beynəlxalq maliyyə institularının Gürcüstana göstəridikləri etibar və qüvən, ölkədə investisiyaların inkişafı baxımından müsbət təsir göstərəcək.