Giorgi Kvirikaşvili - dövlət onun qayğısına qalır ki, gürcü diasporu doğma dilini qoruyub saxlasın
Dünənki gün Gürcüstanın Avropa, demokratik ənənələrin və dəyərlərin əhəmiyyətini bütün dünya miqyası ilə bir daha göstərdi, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili “Güclü diaspor vahid Gürcüstan üçün” adlı gürcü diasporuna həsr olunan forumda bəyan etdi.
“Dünənki gününüzü bir daha təbrik edirəm. Bizim üçün böyük fəxrdir və sevinirik ki, dünən birlikdə böyük əhəmiyyətə malik tarixi – İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyini qeyd etdik.
Gürcüstana arzu etmək istəyirəm ki, 1918-ci ci il mayın 26-da, İlk Demokratik Respublikanın əsasını qoyan atalarımızın arzu etdiyi kimi, Avropa ailəsinin tamhüquqlu üzvü olaq”, – Giorgi Kvirikaşvili bəyan etdi.
Gürcüstanın baş nazirinin bəyan etdiyinə görə, müasir dünyada öz ölkəsinin inkişafında, disporun rolu artır.
Elə onun dediyinə görə, Gürcüstan hökuməti hər cür çalışır ki, müxtəlif vaxt və müxtəlif səbəblərlə Gürcüstandan gedən həmvətənlilərimizlə sıx əlaqədə olsun və onlara imkan yaradır ki, Gürcüstanda cərəyan edən prosseslərə qoşulsunlar.
“Demək istəyirəm ki, çoxsaylı diaspor təşkilatları ilə daimi əlaqəmiz var. Dövlət onun qayğısına qalır ki, gürcü diasporu doğma dilini qoruyub saxlasın. Eyni zamanda bizim əsas məqsədimizdir ki, Gürcüstan elə bir dövlətə çevirilsin ki, hər birimiz, hər bir həmvətənlimiz öz bilik və istedanı reallaşdıra bilə. İstəyirəm ki, biləsiniz, qapılarımız hər biriniz üçün açıqdır”, – Giorgi Kvirikaşvili bəyan etdi.