Giorgi Kvirikaşvili - dəyişikliklər adi hadisədir, mən heç bir yerə getmirəm
Mən hələlik heç bir yerə getməyi planlaşdırmıram, – Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili jurnalistlərin sualına bu cür cavab verdi.
Jurnalistlər baş nazirə hökumət dəyişiklikləri və onun vəzifəsinin mümkün tərk etməsi barəsində sual verdilər.
“Dəyişikliklər adi hadisədir, mən hələlik heç bir yerə getməyi planlaşdırmıram. Bir çox işləri yenə də görməliyik. Sakit olun, rahatlanın, ölkəyə sabitlik lazımdır və hər şey yaxşı olacaq”, – Giorgi Kvirikaşvili bəyan etdi.
Bu bayanatı Giorgi Kvirikaşvili “Moksda” verdi. Burada da Kvirikaşvili turizm administrasiyasının 2017-ci il hesabatının təqdimatında iştirak etdi.