Giorgi Kvirikaşvili - Bizim borcumuzdur ki, veteranların qəhramanlığına dəyər verək
Bugün biz, vətəninin xilas edilməsi üçün özünü qurban edənlərin xatirələrini yad edirik. Onların ailələrini təbrik edirəm – bu bəyanatı baş nazir Giorgi Kvirikaşvili Vake-Parkda veteranlarla görüş zamanı verdi.
Baş nazir veteranları faşizmə qalib gəlmələri ilə təbrik etdi.
“Vətən uğrunda canlarını verən insanlara xüsusi dəyər verməliyik. Onları bağrımıza basmalıyıq. Bu müharibədə Gürcüstanın itgisi böyük oldu – 300000-dən artıq əsgər evinə qayıtmadı.
Həyatda olan veteranlar və həmçinin, artıq dünyasını dəyişmiş veteranların ailələrini təbrik edirəm. Ölkəmizə isə, sülh və sabitlik içində inkişaf etməyi arzulayıram. Sülh və sabitlik çox dəyərlidir və hər birimiz əlimizdən gəldiyi qədər onu qorumalıyıq” – dedi baş nazir.