Giorgi Kvirikaşvili Azərbaycanda, "Şəhidlər Xiyabanına" gül-çiçək dəstələri apardı
Giorgi Kvirikaşvili Azərbaycanda, "Şəhidlər Xiyabanına" gül-çiçək dəstələri apardı

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili, Azərbaycanda rəsmi səfər çərçivəsində, nümayəndə heyəti ilə birlikdə, Azərbaycanın ümummilli lideri, Heydər Əliyevin və onun həyat yoldaşı, Zərifə Əliyevanın xatirəsini yad etdi. Baş nazir həmçinin “Şəhidlər Xiyabanına” gül-çiçək dəstələri apardı.

Gürcüstanın baş nazirinin Azərbaycana rəsmi səfəri bu gün başladı. Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının prezidenti ilə “Zaqulba” Sarayında görüşdü.

Az sonralar isə, Girogi Kvirikaşvili, azərbaycanlı həmkarı, Artur Rasizadə ilə görüşəcək. İki ölkənin hökumət üzvlərinin iştirakı ilə, günişləndirilmiş formatlı danıqlar aparılacaq.

Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə, baş nazirin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsuşvili, baş nazir müavini, Xarici İşlər naziri Mixeil Canelidze, Maliyyə naziri Mamuka Baxtadze, parlamentin vitse-spikeri, Azərbaycanla dostluq parlament qrupunun sədri Zviad Ziziquri və xarici əlaqələr məsələləri üzrı baş nazirin məsləhətçisi, Tedo Caparidze daxildilər.